usaq arabasi nece secilmelidir

Bütün valideyinlerin bir müddət ağlını məşğul edən əsas məqamlardan biri də bu mövzudur. Bu məhsul uşaqlarınızın daşınması, rahatlığı və sizin rahatlığınız üçün çox önəmlidir.

Körpə doğulduğu andan həyatımızda dəyişikliklər başlayır. Bəzi valideynlər uşağ hələ doğulmadan artıq ona lazım olan əşyaları seçməyə başlayırlar. İlk öncə körpə üçün lazım olanlar uşaq arabası və çarpayısıdır. Analar uşaq üçün lazım olan əşyaları seçərkən son dərəcə diqqətli olmalıdır. Sadəcə olaraq görünüşə yada markaya baxıb əşya seçmək heçdə doğru deyil. 

Ən yaxşı uşaq arabaları necə seçilməlidir? 

Anaların uşaq arabası seçərkən diqqət etməli olduğu məqamlar hansılardır? Uşağın neçənci ayına uyğun  arabalar hansılardır? Uşaq arabası seçərkən ən çox nəyə fikir verilməlidir? Neçə yaşa kimi istifadə eləmək olar? 

Müasir dövrdə uşaq arabaları aşağıdakı şəkildə bölünür:

  • Yeni doğulanlar üçün arabalar
  • Transformer arabalar
  • Universal arabalar
  • Üçtəkərli arabalar
  • Gəzinti arabaları

Bu arabaların hər birinin özünəməxsus funksional xüsusiyyətləri, ölçüləri və uşağın müdafiəsi üçün tələbləri vardır.

Uşaq üçün, xüsusilə də yeni doğulanlar üçün araba seçərkən ilk diqqət edilməli məsələ onun körpə üçün rahatlığıdır. Çünki uşaq arabaları bəzən yenidoğulanlar üçün yataq funksiyasınıda yerinə yetirir. Uşağn arabada rahat oturması,belini söykədiyi hissənin ayarlana bilir olması olduqca vacibdir. 

Valideyn olaraq hər zaman yanınızda yoldaşınız və ya sizə kömək edəcək biri olmaya bilər. Alış-veriş edərkən,parkda gəzərkən və ya birdən uşaq ağlayarkən qucağınıza almaq məcburiyyətində qalsanız və yaxud da bir maşına minib ya düşərkən arabanın sizin üçün bir yük olmasını istəməzsiniz. Ona görə də əgər vaxtınızın çoxunu uşaqla çöldə keçirirsinizsə diqqət etməli olduğunuz şey arabanın yüngül və bir əlinizlə rahat açılıb bağlana bilən bir model olmasıdır.

  1.  Parça

Mövzu uşaq olarkən ətrafın toz və çirk olması qaçınılmazdır. Arabanı daimi və çöldə istifadə edirsinizsə parçasının rahat çıxarıb yuya biləcəyiniz bir model seçməniz sizə rahat olacaq. 

 2. Təhlükəzlik kəməri

Uşaqla gəzərkən uşağın təhlükəsizliyini təmin etmək vacibdir. Uşaq arabalasının 5 nöqtədən təhlükəsizlik kəməri ilə bağlanması vacibdir. 

Gəzinti arabaları 3 nöqtədən təhlükəsizlik kəmırinə sahibdir. Təhlükəsizlik kəmərinin asanlıqla çıxarılıb bağlanması vacib məqamdır. 

3.   Tentə

Uşaq arabasıyla gəzintiyə çıxarkən seçdiyiniz araba pis hava şəraitinə hazır olmalıdır. Uşaq arabasının tentəsi körpəni yağışdan, küləkdən,günəşdən qoruya biləcək qədər geniş olmalıdır. Tentəsində UPF filtrəsi olmalıdır. 

4. Əyləc sistemi

Uşaq arabasının əyləc sisteminin güclü olması təhlükəli anlar üçün vacib kriterdir. Əyləc sistemi asanlıqla kilidlənib bağlanmalıdır. 

5.Bağlantı yerləri 

Körpənin barmaqlarının sıxışmaması üçün arabanın bağlantı yerlərinin yumşaq yastıq və parça ilə örtülü olduğundan əmin olmalısınız. 

Təkərləri 360 dərəcə rahatlıqla dönə bilməlidir. Rahat qatlanması və yer tutmamaaıda önəmlidir. Xüsusilə də uşaqla tək gəzintiyə çıxarkən. 

Körpəniz böyüdükcə gəzintiyə çıxardığınız zaman ətrafı görmək istəyəcəkdir. Buna görə də arabanın istiqamətini dəyişə bilən olması da faydalı olar.

Son zamanlar aparılan araşdırmalara görə 4 təkərli arabalar 3 təkərli arabalara nisbətən daha güvənilirdir. Bunu yadınızda saxlamanız faydalıdır. edumaster.az

Alacağınız arabanın ölçülərinə də fikir verməlisiniz. Aldığınız model liftə həm eninə həm uzunluğuna görə yerləşməlidir. 

Seçdiyiniz arabanın aşağı hissəsində səbətinin olması da işinizə yaraya bilər. Gəzintiyə çıxarkən lazım olan əşyaları xüsusən də uşağa lazım olanları arabanın səbətinə yerləşdirə bilırsiniz.

You Might Also Like

Bir cavab yazın