Oyuncaq almaq haqqinda esas melumatlar

Oyuncaq sevməyən uşaq yoxdur. Gördükləri hər oyuncağada sahib olmaq istərlər. Valideynlərdə çox zaman uşağın seçdiyi və ya özlərinə xoş gələn oyuncağı seçərlər. Amma oyuncağın uşağın yaşına, bacarığına uyğun olub-olmaması, psixologiyasına, inkişafına necə təsir edəcəyi barədə düşünməzlər. 

Mütəxəssislər hər zaman ailələrə uşaqlara doğru oyuncaq seçmələri və onların inkişafına uyğun oyunlara yönləndirmələri mövzusunda xəbərdarlıq edir. Çünki oyun uşağın bəsləmə və yuxu qədər əsas bir tələbidir. Eyni zamanda da həyatı öyrənmə vasitəsidir. 

Uşaqların yaradıcılığını artıraraq ruhən və fiziki inkişafında töhfə verən oyuncaqların seçimində ən önəmli nöqtə ;oyuncaqların uşağın yaşına, bacarığına, marağına və hazırkı inkişaf dönəminə uyğun olmasıdır. 

Oyuncaq seçimində nələrə diqqət eləmək lazımdır? 

🔹Yaşınına və bacarıq səviyyəsinin altındakı oyuncaqlar onda maraq yaratmaz, onun maraq dairəsində çox az müddət qalar. Əgər oyuncaq onun yaşının bə bacarıq səviyyəsinin üstündədirsə onda bacaeıqsızlıq duyğusu yarada bilər və bu uşağın inkişafında mənfi nəticələrə səbəb ola bilər. 

🔹Seçdiyiniz oyuncaq uşağın bədəninə uyğun böyülükdə və ağırlıqda olmalıdır. 

🔹Oyuncaq uşağın sağlamlığını təhlükəyə atmayacaq şəkildə yuyulabilir, dayanıqlı və ətrafları dəyirmi və sağlam olmalıdır. 

🔹Asanlıqla qırıla bilən və parçalanan olmamalıdır. 

🔹Ev içində istifadə olunan oyuncaqlar ev içində tutulmalı və paslanmalarına mane olunmalıdır. 

🔹Uşaqlar onlara hazır şəkildə verilməyən, inşa  edə biləcəkləri, formalaşdıracaqları, kəsəcəkləri oyuncaqlarla daha uzun müddət oynayarlar. Çünki bu cür oyunlar da cəhd etmə və yanılma metodundan istifadə edirlər. Qarşılarına qoyulan materialın idarəediciləridirlər və səylərinin nəticəsində əmələ gələn məhsul onlarda zəfər duyğusu yaradır.

🔹 Uşaqlara yalnız təkbaşına oynaya biləcəyi oyuncaqlar deyil, həmçinin qrupla oyanaya biləcəyi oyuncaqlarda alınmalıdır. 

🔹 Oyuncaq seçərkən cinsiyyət seçimi edilməməlidir. Əgər oğlan uşağı kukla və ya digər qız oyuncaqları ilə oynamaq istəyirsə və ya əksinə qız uşağı oğlanlar üçün yaradılmış oyuncaqla oynamaq istəyirsə buna icazə verilməlidir. 

🔹 Çalışın ki aldığınız oyuncaq reallığı əks etdirsin. Yəni qırmızı ayı, yaşıl fil və ya fantastik maşınlar almayın. Yoxsa uşaq 5-6 yaşına çatanadək fili yaşıl biləcək. Oyuncaq uşağa sevimli gəlməlidir. Onda aqressiya yaratmamalıdır. 

🔹 Oyuncaq seçərkən rəng seçimində də diqqətli olunmalıdır. Açıq rəngli oyuncaqlara üstünlük verilməməsi daha yaxşı olar. 

🔹 Oyuncaq seçimində vacib olan məqamlardan biri də odur ki, üzəri tüklü, elektrikli və xırda konstruktorlara ayrıla bilən oyun vasitələri seçilməməlidir. 

🔹 Kauçuk oyuncaqlardansa taxta oyuncaqlara üstünlük vermək daha yaxşı olar. 2 yaşdan sonra kiçik mator deyilən əl bacarıqlarını inkişaf etdirən oyuncaqlara fikir verilməlidir. 

Uşaqların böyüdükcə keçirdikləri mərhələrə uyğun oyun və oyuncaq seçimi önəmlidir. Uşaqlar böyüdükcə oyunlarıda müxtəlif olur və inkişaf edir. 

Uşaqlar körpəlik dönəmində heçbirşey etmədən durarkən daha sonra tək başına oyun oynamağa başlayarlar. Bu dövrdə də digər uşaqların nə etdiyini, nə ilə oynadığını izləyər və bu izlədiklərini öz oyunlarına köçürdərlər. Ancaq yanında yoldaşı olsa belə onunla sadəcə oyun oynadığı məkanı paylaşar amma inkişaf olaraq onunla oynama özəlliyini göstərməz. Sonrakı mərhələdə oyun yoldaşına suallar verər və oyun materiallarını paylaşar. Amma hələ ki oyunda qaydalar yoxdur. Sonrakı mərhələdə oyun başlarkən qaydalar qoyma və qaydalara uymaqdır. Təxminən 3 yaşdan etibarən digər uşaqlarla əlaqəyə girər və alma-vermə qarşılıqlı münasibət və paylaşma kimi sosial qaydalar uşaqların oyunlarında görülməyə başlanar.

Unutmayın ki, oyun bir uşağın həyatındakı ən önəmli məşğuliyyət və ən vacib məsələdir. Diqqətlə seçilmiş oyuncaq uşağınızın oyuncaqdan maksimum dərəcədə faydalanmasına və oynamasına kömək edir. Ancaq heç bir oyuncaq valideyni əvəz edə bilməz.

You Might Also Like

Bir cavab yazın